Suriyada mötədil müxalifətin terrorçu qruplaşmalara qarışması problemi indiyədək həllini tapmayıb, ABŞ və Rusiya hazırda onun üzərində çalışırlar.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
Kirbi qeyd edib ki, bu məsələ ABŞ-ın dövlət katibi Con Kerri və Rusiya XİN rəhbəri Sergey Lavrov arasında keçirilən görüşlərdə də müzakirə olunur.
Qeyd edək ki, ABŞ dəfələrlə Suriya hökumətini və Rusiyanı Suriyada müxalifət qüvvələrinə zərbələr endirməkdə ittiham edib.
Rusiya cavabında ABŞ-ı Suriya müxalifətinin terrorçu qruplaşmalarından ayrılmasına təsir etməyə çağırıb.