2 Sentyabr 2016 13:20
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya hökuməti iyulda Federal Məclisdə qəbul olunan 1905-ci il hadisələri ilə bağlı qərara yenidən baxacaq.

Teleqraf.com xəbər evrir ki, bununla bağlı Almaniyanın "Der Spiegel" jurnalı məlumat yayıb.

Məlumatda almaniyalı deputatların İncirlik bazasındakı əsgərlərə baş çəkə bilməsi üçün Almaniya hökumətinin türkiyəli həmkarlarına jest etməyi planlaşdırdığı bildirilib: "Bununla bağlı Almaniya hökumətinin sözçüsü Steffen Zeybert yaxın günlərdə açıqlama verəcək. Bu o deməkdir ki, Almaniya Türkiyənin "erməni soyqırımı" ilə bağlı tələbinə müsbət cavab verib".

Qeyd edək ki, bu il iyulun 2-də Almaniya parlamenti 1905-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyıb.

Samir


Müəllif:

Oxşar xəbərlər