3 Sentyabr 2016 12:51
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 2-də Yaponiyaya səfər edən Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr jurnalistlərə açıqlamasında İranın region ölkələrinin daxili işlərinə müdaxiləsini pisləyən yeni bəyanatlar səsləndirib.

Adil əl Cübeyr bildirib ki, İran, müharibədə olub-olmadığını müəyyənləşdirməli, bu haqda qərar qəbul etməlidir: “İran hökuməti Bəşər Əsədə, Livan “Hizbullah”ına və Yəməndəki şiə husilərə dəstək verməklə beynəlxalq qanunlara hörmətsizlik edib. Elə buna görə də hesab edirik ki, İranla müxtəlif sahələrdə sazişə gəlmək üçün bircə yol var. O da budur ki, bu ölkə bölgədə yürütdüyü siyasətinə yenidən baxmalı, onu dəyişməlidir.

Lakin təəssüflər olsun ki, biz hazırda İran siyasətində hər hansı bir dəyişiklik edildiyini müşahidə etmirik. Çünki bu ölkə hələ də Suriyanın daxili işlərinə qarışır, “Hizbullah”ı və husiləri dəstəkləyir. Bir sözlə, regionda təhlükəsizlik və sabitliyi təhdid edən bütün əməliyyatların arxasında İran dayanır. Bu gün biz İranın Bəhreynə, Səudiyyə Ərəbistanına və Küveytə gizli yollarla silah-sursat göndərməsini müşahidə edirik. İran qərara gəlib müəyyənləşdirməlidir ki, bu ölkə müharibədədir, yoxsa yox. Əgər müharibədədirsə və beynəlxalq qanunlara ehtiramla yanaşmırsa, regionda öz planlarını davam etdirirsə, o zaman belə bir ölkə ilə qarşılıqlı anlaşmaya gəlmək mümkün deyil”.

Xatırladaq ki, avqustun 31-də Çinə səfər edən Adil əl Cübeyr İranın bölgə ölkələrinin, o cümlədən də, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı və Yəmənin daxili işlərinə müdaxiləsini tənqid edən oxşar bəyanatlar səsləndirmişdi. (gunaz.tv)


Müəllif:

Oxşar xəbərlər