3 Sentyabr 2016 15:39
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Səmərqənddə Özbəkistan prezidenti İslam Kərimovla vida mərasimi keçirilib.

Teleqaf.com xəbər verir ki, mərasimdə dövlət başçıları, xarici ölkələrin nümayəndələri, ölkə ictimaiyyətinin təmsilçiləri və jurnalistlər iştirak ediblər.

İsalam Kərimov Səmərqənddə tarixi Şahi-Zində qəbiristanlığında, ata-anasının qəbri yanında dəfn ediləcək. Son 20 ildə bu qəbiristanlıqda dəfn edilən olmayıb.

Özbəkistan prezidenti İslam Kərimovla vida mərasimindən sonra cənazə dəfn ediləcəyi məzaradək çiyinlərdə aparılıb.

Vida mərasimi keçirilən Səmərqəndin Raqistan meydanından Şahi-Zində kompleksinədək 2 kilometrdir.

Məlumata görə, İslam Kərimovu son mənzilə şəhər əhalisi, xarici ölkədən rəsmi qonaqlar, siyasətçilər yola salıblar.

İslam Kərimovun qəbri XIX əsrdə tikilmiş Həzrəti-Xızır məscidinin yaxınlığındadır.


Müəllif:

Oxşar xəbərlər