BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaalr siyahısını genişləndirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qərar, şuranın fövqəladə iclasında qəbul edilib.
Məlumatlara görə, BMT TŞ Şimali Koreyanın keçirdiyi nüvə sınağını şuranın qəbul etdiyi qətnamələrin pozulması kimi qiymətləndirib. Bununla bağlı şuranın sədri Cerard van Bohemen açıqlama verib.
Onun sözlərinə görə, şura üzvləri müvafiq tədbirlər üzərində dərhal işləməyə başlayacaqlar.
Qeyd edək ki, Şimali Koreya dünən 5-ci dəfə nüvə sınağı keçirdiyini açıqlamışdı.
Samir