10 Sentyabr 2016 13:25
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran region ölkələrinin daxili işlərinə qarışmağa və bölgənin sabitliyini pozmağa çalışır”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Londona səfər edən Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bununla İran regionda yeni bir fars imperatorluğu qurmaq niyyətindədir: “İran bölgədə sabitliyi pozaraq fars imperatorluğunu yenidən bərpa etməyə çalışır. İran açıq-aşkar region ölkələrinin daxili işlərinə qarışır, Livanda, Suriyada, İraqda və Yəməndə elə bir işlərə əl atır ki, bu heç kəs tərəfindən qəbul olunmur. İran öz qonşuları ilə qarşılıqlı əməkdaşlıq əvəzinə bölgənin sabitliyi pozaraq, təxribatçılıq əməlləri istiqamətində irəliləyir. Bu isə bizim üz-üzə qaldığımız problemlərdən biridir. Məhz bunları nəzərə alaraq biz də öz millətimizi qorumaq məqsədilə lazım olan tədbirləri görür və görəcəyik”.

Samir


Müəllif:

Oxşar xəbərlər