11 Sentyabr 2016 00:12
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə qiyamçılara məxsus təyyarələr ölkənin paytaxtından 50 kilometr şimalda yerləşən yaşayış məntəqəsinə bir neçə dəfə hücum ediblər.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, Səna şəhərinin husilər tərəfindən bombardman edilməsi nəticəsində azı 10 mülki sakin ölüb.

Qeyd edək ki, Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi hakimiyyət qüvvələri ilə husilər arasındakı toqquşmalar 2014-cü ilin avqustundan davam edir.


Müəllif:

Oxşar xəbərlər