Demokratlar Partiyasının prezidenliyə namizədi Hillari Klintonun 11 sentyabr terror aktı qurbanlarının xatirəsini anma mərasimini zamanı səhhəti qəfil pisləşib.
Teleqraf.com xəbər verir ki, iki saat sonra gülümsəyərək insanların arasına çıxan Klinton "Sağ olun, bu gün əla gündür, məndə hər şey qaydasındadır. Xeyli yaxşıyam, sağ olun", deyə bildirib.
ABŞ prezidentliyinə namizədin mətbuat katibi Nik Merril Hillari Klitonun mərasimdə yüksək hərarətə görə səhhətinin qəflətən pisləşdiyini bildirib.