Hindistan internet istifadəsinə görə, ABŞ-ı ötərək dünyada ikinci olub.
Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, bu ölkədə 333 milyon nəfər internetdən istifadə edir.
İnternetdən istifadəyə görə birinci yerdə Çindir. 720 milyon nəfər.
Bununla belə, YUNESKO və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) birgə araşdırmasına görə, dünyada internətə çıxışı olmayan əhalinin 55%-i Çin, Hindistan, İndoneziya, Pakistan, Banqladeş və Nigeriyanın payına düşür.