12:40
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 20-də andiçmə mərasimindən sonra Ağ evdə yerləşəcək Donald Tramp hələ işə başlamamış beynəlxalq aləmdə özü və administrasiyası üçün yaxşı start vəziyyəti yaranıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Tramp seçki kampaniyası dövründə “andiçmədən dərhal sonra Rusiya-Ukrayna müharibəsini bitirəcəm” vədini verib:

“ABŞ-ın yeni prezidenti işə başlamamış Rusiya və Ukraynada atəşkəsdən danışmağa başlayıblar. Hər iki tərəfdə müharibədən yorğunluq hiss olunur. Bu gedişat Trampın xeyrinədir. Ukrayna Prezidenti Vladimir Zelenski ilk dəfə “müharibə yolu ilə itirdiklərimizi geri qaytarmaq çətin olacaq” - kimi açıqlamalar verməyə başlayıb. Zelenski özü və xalqını ona hazırlayır ki, Trampın prezidentliyi dövründə ABŞ-ın Ukraynaya maliyyə və hərbi dəstəyi azala bilər. Bu isə Ukraynanın müharibəni davam etdirmək imkanlarını azaldacaq. Buna görə də Zelenski müvafiq şərtlər daxilində müharibənin dayandırılması ehtimalını səsləndirməyə başlayıb.

Tramp və adminstrasiyasına da elə bu lazımdır. Kreml də atəşkəsin əleyhinə deyil, çünki bu halda işğal etdiklərini əlində saxlaya biləcək.

Suriyadakı son olaylar da Tramp üçün faydalıdır. Əsəd rejiminin devrilməsiylə ABŞ hərbi qüvvələrinin Suriyada qalmasının aktuallığı azalıb. Tramp da bunu istəyir. Bundan başqa, ABŞ-ın PKK və ona bağlı terrorçu qruplara dəstək verməsinin əhəmiyyəti qalmayıb. Suriyada hakimiyyəti ələ keçirən qüvvələr Türkiyənin dəstəyi ilə PKK-nın Suriyada nəzarət etdiyi bölgələrini ard-arda ələ keçirirlər”.

“Atlas” bildirir ki, Trampın sərt iqtisadi və miqrasiya siyasətinə hazırlaşan başqa dövlətlər də var:

“Tramp ABŞ-ın iki qonşusu Meksika və Kanadaya ciddi xəbərdarlıq edib. Çin də Trampın prezidentliyinə hazırlaşır. Tramp Çin məhsullarına rüsumları artıracaq. ABŞ Ticarət Komissiyasının son hesabatına görə, vaxtilə ABŞ-da dominant geyim tədarükçüsü olan Çinin 2013-2023-cü illər arasında bazar payı 16.4 faiz aşağı düşüb. Bundan da Çinin Vyetnam, Banqladeş, Hindistan və Kamboca kimi qonşuları faydalanıb. Trampın “ilk növbədə Amerika” şüarı yerli istehsalın artırılmasına hesablanıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər