12:46
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı müxalifət paytaxt Dəməşqə doğru irəliləyərkən Moskva Bəşər Əsədin Rusiya təyyarəsi ilə ölkəni tərk etməsini təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremldəki mənbələr “Bloomberg”ə bildiriblər.

“Kreml müttəfiqindən arxayın deyildi, inandırdı ki, o, müxalif “Heyət Təhrir əl-Şam” Hərəkatının (HTŞ) başçılıq etdiyi ildırımsürətli hücumda məğlub olacaq. Kreml Suriyanı dərhal tərk edəcəyi təqdirdə ona və ailəsinə təhlükəsiz çıxış təklif edib”, - mənbələrdən biri nəşrə belə deyib.

“Bloomberg” yazır ki, rus kəşfiyyatı Suriyadan qaçışı koordinasiya edib və Əsəd Suriya sahillərindəki Rusiya aviabazasından çıxarılıb.

Məlumatda qeyd olunur ki, Əsəd xəyanətə məruz qalacağı ehtimalına görə komandasından heç kimə xəbər vermədən şəxsi təyyarəsi ilə Dəməşqdən qaçıb. Əsədin təyyarəsi Rusiyanın Xmeymim aviabazasına uçub. Ardınca Suriyanın devrilmiş liderinin Rusiya hərbi təyyarəsi ilə Moskvaya uçduğu bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər