13:04
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam İnqilabı Keşikçiləri Korpusununun (SEPAH) komandanı, general Hüseyn Salami İran ordusunun Suriyada devrilən Bəşər Əsəd rejimini müdafiə etmək üçün döyüşmədiyini deyib.

Teleqraf.com xəbər verir ki, general olayların əvvəlində çoxlarının İran ordusunun Əsəd üçün döyüşəcəyini gözlədiyini bildirib.

“Bəziləri İranın Suriyada bütün gücündən istifadə edəcəyini gözləyirdi. Ancaq bu, Suriya ordusunun seyrçi qalmasını tələb edərdi ki, bu da məntiqli deyil. Biz həmişə reallığa uyğun hərəkət etmişik və strategiyalarımızı buna uyğun formalaşdırmışıq”, - Salami qeyd edib.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər