19 Sentyabr 2016 12:26
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı və bəzi müxalif siyasətçilər Suriyada müvəqqəti atəşkəsin tətbiqinə başlandıqdan sonra Hələbə ilk hava hücumlarının həyata keçirildiyi barədə məlumat yayıblar.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Reuters agentliyinə suriyalı müxalif qrupun nümayəndəsi danışıb. Onun sözlərinə görə, ABŞ və Rusiyanın əldə etdiyi atəşkəs razılaşması uğursuz olub. Hələbə hava hücumu zamanı bir neçə nəfərin xəsarət aldığını deyən müxaliflər hücumun kim tərəfindən törədildiyinin məlum olmadığını bildiriblər.

Rusiya ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin Suriyanın Kobani şəhərində hökumət qüvvələrini hədəfə almasını qətiyyətlə pisləyib və bunun əldə olunan atəşkəsi təhlükəyə atdığını açıqlayıb.

BBC telekanalına açıqlama verən Suriya prezidenti Bəşər Əsədin sözçüsü Busaina Şaban bu hücuma görə ABŞ-I günahlandırıb. Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin məsələ ilə bağlı çağırış edib: “ABŞ Mərkəzi Komandanlığı hadisənin səhvən baş verdiyini açıqlayıb. Bu, yalandır. Bombardmandan öncə bizə məlumat verilməyib. Məsələ ilə bağlı BMT TŞ təcili toplantı keçirməlidir”.

Qeyd edək ki, ABŞ hərbi hava qüvvələri Kobanidə rejim ordusuna 4 zərbə endirib. Nəticədə 60-dan çox əsgər ölüb, 100-dən çoxu isə yaralanıb. Artıq ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığı Suriya ordusunun mövqelərinə zərbələr endirməsini etiraf edib, yalnız bunun səhvən baş verdiyini açıqlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər