19 Sentyabr 2016 12:53
1 802
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın New-York şəhərində türk iş adamı Kayhan Somu beyspol dəyənəyi ilə döyüblər. Komaya düşən iş adamı dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, Kayhan Som keçən həftə Manhattanın Whitestone səmtindəki mənzilinə gedərkən tualet ehtiyacı hiss edib. Bu səbəbdən də evinə 5 dəqiqəlik məsafə olduğu yerdə sürücüsünə avtomobili dayandırmasını istəyib. Lakin bu zaman yaxınlıqdakı evin sahibi Kayhan Sonun üzərinə gələrək, ona yumruq atıb. Üzündəki zərbə izlərini fərq edən Som geri qayıdıb. Bu zaman amerikalı beysbol dəyənəyi ilə arxadan Kayahan Somun baş nahiyəsinə zərbələr endirməyə başlayıb. Nəticədə komaya düşən türk iş adamı vəfat edib.


Ötən həftə Nyu York şəhərində dəfn edilən Somun qatili saxlanılsa da, pul müqabilində sərbəst buraxılıb.

30 ildən çoxdur ki, ABŞ-da yaşayan və dərman biznesi ilə məşğul olan Kayhan Som xeyriyyəçiliyi ilə tanınırmış.

Cavad


Müəllif:

Oxşar xəbərlər