23 Sentyabr 2016 13:14
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu Yorkda keçirilən BMT Baş Assableyasının 71-ci sessiyasına qatılan İsrail Baş naziri Benyamin Netanyahu ilə bağlı maraqlı məlumat yayımlanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, şam yeməyi üçün Nyu Yorkun "Harry Cipriani" restoranına gələn Netanyahunun ayaqyoluna baş çəkən zaman yanındakı mühfaizəçilərinin sayı diqqəti çəkib.

Məlumatlara görə, onu bu zaman 20 mühafizəçi müşaiyət edib: "Onlardan 1-i qapını qoruyub, bir neçəsi içəri daxil olub. Qalanları isə tualet ətrafında barrikada qurub ki, heç kəs ayaqyoluna gedə bilməsin. Ümumilikdə Netanyahu restorana 40 mühafizəçi ilə gəlib".

Qeyd olunub ki, adətən İsrail baş nazirini 500 mühafizəçi müşayiət edir.

Samir


Müəllif:

Oxşar xəbərlər