22 Aprel 2014 16:05
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ vitse-prezidenti Co Bayden Kiyevdə Ukrayna prezidenti səlahiyyətllərinin icraçısı Aleksandr Turçinovla və Baş nazir Arseni Yatsenyukla görüşür.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Bayden Kiyevə Ukraynanın qərbpərəst hökümətinə Vaşinqtonun dəstəyini nümayiş etdirmək üçün gəlib.

Xəbərlərə görə, ABŞ vitse-prezidenti Ukrayna rəhbərliyilə mayın 25-ə təyin olunmuş prezident seçkilərilə bağlı məsələləri müzakirə etmək niyyətindədir.

Ağ Evin bəyanatına görə, Baydenin Kiyevə səfəri Ukraynanın yeni hakimiyyətini dəstəkləmək məqsədilə həyata keçirilir.

Gözlənildiyinə görə, Bayden Ukraynada Kiyevə texniki, o cümlədən iqtisadi və enerji yardımının göstərilməsini elan edəcək.

Səfər ərəfəsində Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ Dövlət katibi Con Kerri arasında keçirilmiş telefon danışığı zamanı tərəflər Ukrayna böhranı ilə bağlı məsələləri müzakirə edərkən qarşılıqlı ittihamlar irəli sürüblər.

Məlumatlara görə, John Kerry Sergey Lavrovu Rusiyanı Cenevrə razılıqlarının həyata keçirilməsi istiqamətində addımlar atmağa çağırıb.

Sergey Lavrov isə Cenevrə danışıqlarının Kiyevdəki yeni Ukrayna rəsmiləri tərəfindən pozulduğunu bəyan edib.


Müəllif:

Oxşar xəbərlər