Fələstin prezidenti Mahmud Abbas sabah Yerusəlimə gedəcək.
Teleqraf.com "Jerusalem Post"a istinadən xəbər verir ki, Mahmud Abbas İsrailin doqquzuncu prezidenti Şimon Peresin dəfnində iştirak etməyi planlaşdırır. Fələstin prezidenti sabiq dövlət başçısının dəfn mərasiminə qatılmaq üçün İsrail hakimiyyətindən icazə istəyib.
Hazırda İsrail parlamentinin (Knesset) binası önündə vida tədbiri başlayıb. Sabah səhər saatlarında dünya dövlətlərinin rəhbərlərinin iştirakı ilə rəsmi vidalaşma mərasimi keçiriləcək. Peres Yerusəlimdə günorta saatlarında torpağa tapşırılacaq.
Xatırladaq ki, İsrailin sabiq prezidenti Şimon Peres 93 yaşda dünyasını dəyişib. O, sentyabrın 13-də insult keçirib və sonra xəstəxanaya yerləşdirilib.
Nərgiz