Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Dövlət Departamentinin Suriyada vətəndaş müharibəsinin davam edəcəyi təqdirdə Rusiyada terror aktının törədiləcəyi barədə bəyanatını "yöndəmsiz" adlandırıb.
Teleqraf.com xəbər verir ki, o, Amerika rəhbərliyinin ritorikasının qeyri-konstruktiv olduğunu bildirib.
Peskov həmçinin ona ümidini ifadə edib ki, ABŞ öz üzərinə götürülmüş öhdəlikləri yerinə yetirəcək: "Dövlət Departamentinin nümayəndəsinin konkret fikrinə gəlincə, o, kifayət qədər yöndəmsizdir".
Kəmalə