30 Sentyabr 2016 11:01
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 28-də 94 yaşında vəfat edən İsrailin sabiq prezidenti Şimon Peres bu gün dəfn ediləcək.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, dəfn mərasiminə dünya liderlərinin qatılması gözlənilir. Qonaqlar arasında 2010-cu ildən bu yana İsrailə ilk dəfə səfər edəcək Fələstin lideri Mahmud Abbas da var.

Məlumatlara görə, dəfn mərasiminə ABŞ prezidenti Barak Obama, Böyük Britaniyadan şahzadə Çarlz, xarici işlər naziri Boris Conson və sabiq baş nazir Toni Bleyr qatılacaq. Bununla yanaşı, Avropa Şurası, Fransa, Almaniya, Latviya, Litva, Meksika, Polşa və Rumıniya prezidentləri, o cümlədən BMT rəhbəri Ban Ki-moon da mərasimə qatılanlar sırasındadır.

İsrail polisi deyib ki, təhlükəsizlik əməliyyatına 8000 əməkdaş cəlb olunub.

Dəfn mərasiminin 1995-ci ildə qətlə yetirilən baş nazir Yitzak Rabinin dəfnindən sonra İsraildə baş tutacaq ən böyük mərasim olacağı gözlənilir.

Samir


Müəllif: