Türkiyənin Tunceli bölgəsində PKK-nın növbəti terror əməliyyatının qarşısı alınıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin Tuncelinin Pülümür bölgəsində apardığı axtarışlar zamanı kustar üsulla hazırlanmış 3 ədəd 20 kiloqramlıq partlayıcı maddə və 80 metr uzunluğunda məftillə uzaqdan idarə olunan bomba tapılıb.
Partlayıcılar hadisə yerindəcə zərərsizləşdirilib, axtarışlar davam edir.
Samir