1 Oktyabr 2016 11:43
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Ermənistanın siyasi səhnəsində əsas müzakirə mövzusu xarici işlər və müdafiə nazirləri postuna təyinatın ləngimə səbəbləridir.

Teleqraf.com xəbər verir ki, “Joxovurd” qəzetinin iddiasına görə, Edvard Nalbandyan yenidən xarici işlər naziri təyin ediləcək. Onun təyinatının gecikməsinə səbəb ölkədən kənarda olmasıdır.

Qəzet yazır ki, Nalbandyan Ermənistana qayıdan kimi onun xarici işlər naziri postuna təyinatı haqda fərman dərc ediləcək. Müdafiə nazirinə gəlincə, bu vəzifəyə prezident aparatının rəhbəri Viqen Sarkisyan təyin olunacaq.

Nəşrin bildirdiyinə görə, Viqen Sarkisyan nazirliyin işinin təşkili ilə məşğul olacaq, şikayətləri dinləyəcək. Silahlı Qüvvələrə komandanlığı Serj Sarkisyan şəxsən öz üzərinə götürür.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər