7 Oktyabr 2016 22:53
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Fərat Qalxanı Hərəkatı ilə oyunu pozulan ABŞ, eləcə də İran və İraq Mosul əməliyyatlarında Türkiyəni masa kənarında saxlamaq üçün hər vasitəyə əl atır. Bu qüvvələr etnik və məzhəb qarşıdurması təhlükəsinə diqqət çəkərək əməliyyata qatılmaq istəyən Ankaranı diplomatik oyunlar və yalan fətvalarla danaydırmağa çalışırlar.

Teleqraf.com xəbər verir ki, bu məlumatı Türkiyənin "Yenişafak" qəzeti yayıb. Nəşrin məlumatına görə, Mosulun İŞİD terrorçularından təmizlənməsi üçün planlaşdırılan əməliyyatdan əvvəl ilk addım İraq parlamentindən gəldi:

"Torpaqlarında ABŞ və İran hərbi bazaları olan İraq türk əsgərlərini ölkəsindən çıxarmaq üçün əməliyyatlara başlayıb. İlk addımı isə türk əsgərlərin olduğu Başika hərbi sığınacağını bağlaması olub. İranın hazırda İraqda 7 hərbi bazası var və iranlılar bu torplaqlara Bağdad hökumətinin icazəsi olmadan gəlib. Rəsmi Bağdad isə buna sadəcə seyrçi qayıb.

Növbəti addım ABŞ-ın 2003-cü ildə şiə din xadimi Sistanini devirmək üçün İraqda "yetişdirdiyi" Kasım əl Tai tərəfindən atıldı. Əl Tai Başikadakı əsgərləri türklərlə vuruşmanın dini, əxlaqi və ictimai baxımından vacib olduğu fətvasını verdi.

İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq kolaisiya qüvvələrinin amerikalı sözçüsü polkovnik Con Dorrian da Türkiyəyə qarşı fikirləri ilə diqqət çəkib: "İraqda olan türk ordusu Bağdad hökumətinin icazə olmadan bu ölkəyə gəlib və bu qəbuledilməzdir. Türkiyə beynəlxalq kolaisiya qüvvələrinə aid deyil".

ABŞ qırıcıları ötən həftə Mosulda yaşayan sunni və mosullu Haşdu Aşair qruplaşmasının olduğu bölgələri bombardman etdi. Hadisə zamanı 20 nəfər həlak oldu. Beynəlxalq koalisiya bu hücumu yanlışlıq kimi qiymətləndirdi.

Mosul əməliyyatlarında Türkiyənin qatılmasını istəmən qüvvələrdən biri də Haşdi Şabi qruplaşması oldu. Onlar Türkiyəni "işğalçı" kimi qiymətləndirib və türk ordusunun dərhal İraqdan çıxmasını tələb edib".

Samir


Müəllif:

Oxşar xəbərlər