“Metyu” qasırğası nəticəsində həlak olanların sayı 900 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, minlərlə evin uçmasından sonra əhali sığınacaqlara yerləşdirilib. Yardım qurumları bölgərdə vəziyyətin kritik olduğunu və ölkənin cənubunun qasırğadan ciddi şəkildə ziyan gördüyünü bildiriblər. Qasırğanın zəlzələ ilə müşayiət olunduğunu bildirən rəsmilər həlak olanların sayının artacağından narahatlıqlarını dilə gətiriblər.
Bu arada Birləşmiş Millətlər Təşkilatı 350 min haitilinin humanitar yardıma möhtac olduğunu açıqlayıb. Ümumdünya Ərzaq Təşkilatının Haiti üzrə direktoru Veloso bölgədə durumun sürəkli şəkildə dəyişdiyini qeyd edərək qarşıdakı günlərdə qasırğanın təsirlərini və həlak olanların sayını dəqiqləşdirməyin mümkün olacağını vurğulayıb.
Səxavət