"Rusiya neft hasilatının indiki səviyyəsini dondurmağa hazırdır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
Onun sözlərinə görə, OPEK-dən belə bir təklif gəlsə, rəsmi Moskva bunu dəyərləndirəcək: "Hələlik hasilatın səviyyəsi ilə bağlı heç bir təklif irəli sürülməyib. Biz hazırki hasilat səviyyəsini saxlaya bilərik".
Samir