14 Oktyabr 2016 17:37
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması üçün açar rolunu oynayır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İrəvanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, əgər Ermənistan və Türkiyə Qarabağ münaqişəsinin həllinin gedişatından kənar öhdəliklərini yeinə yetirsə və münasibətləri yaxşılaşdırsa, bu, Rusiya üçün xoş olacaq.

Nazir qeyd edib ki, Türkiyə Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər.

Qeyd edək ki, dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın işğal olunmuş 5 rayonunun azad olunmasının gündəmdə olduğunu, Azərbaycan, Rusiya və Türkiyə dövlət başçılarının bu məsələni müzakirə etdiyini bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər