Suriyalı döyüşçülər 6 rus hərbçisini öldürdüklərini bəyan ediblər.
Teleqraf.com qazeta.ru-ya istinadən xəbər verir ki, “Faylak əl-Şam” qruplaşmasının döyüşüləri rus hərbçilərin Suriyada öldürüldüklərini bildiriblər. Qazeta.ru öz növbəsində xəbəri “SITE Intelligence Group”a istinadən yayıb.
Terror qruplaşması həmçinin suriyalı və iranlı hərbçiləri də məhv etdiyini bildirib. “Siteintelgroup.com”un məlumatına görə, terrorçular rusları 3 ay ərzində izlədiklərini bildiriblər. Sayt bununla bağlı ətraflı məlumat verməyib.
Hələlik Rusiya Müdafiə Nazirliyi bu xəbəri şərh etməyib. Həmçinin bu barədə Suriya və İran KİV-lərində də məlumat yoxdur.
Xatırladaq ki, avqust ayında suriyalı döyüşçülər Suriya ərazisində Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus Mi-8 vertolyotunu vurmuşdular. Vertolyotun bortunda olan rus hərbçilər həlak olmuşdu.
Səxavət