İŞİD terrorçuları İraqın Mosul şəhərində kütləvi edam həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı CNN telekanalı İraq təhlükəsizlik orqanlarının əməkdaşlarına istinadən məlumat verib.
Edam edilənlərin əksəriyyəti kişilər və azyaşlı uşaqlar olub. Onlar hamısı şəhərin mərkəzi meydanlarından birində güllələniblər.
İraq rəsmiləri məsələ ilə bağlı hələlik heç bir məlumat verməyiblər.
Samir