2 Noyabr 2016 12:41
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin ölkənin müdafiə naziri Sergey Şoyquya vacib tapşırıq verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, tapşırığa əsasən, Rusiya Suriyanın Hələb şəhərinə göndərəcəyi humanitar yardımı noyabrın 4-dək dayandırmalıdır.

"Buna səbəb lüzumsuz qurbanlardan qaçmaqdır. Yardımlar noyabrın 4-ü yerli vaxtla 09:00-dan etibarən davam etdiriləcək", - bunu Rusiya Silahlı Qüvvələrinin qərargah rəisi Valeri Gerasimov deyib.

"Amerikalı həmkarlarımızın Suriyada müxaliflərlə terrorçuları ayırd edə bilməməsini nəzərə alaraq, Hələbdəki bütün silahlılara çağırış edirik ki, atəşi dayandırıb şəhəri tərk etsinlər. Bunun üçün iki dəhliz açıqdır. Birinci dəhliz Suriya-Türkiyə sərhədinə, digəri isə İdlib şəhərinə açılır. Digər 6 dəhliz isə ancaq dinc sakinlər, yaralılar və xəstələr üçün açıqdır", - rusiyalı general deyib.

Samir


Müəllif:

Oxşar xəbərlər