"NATO Rusiyanı cavab tədbirləri görməyə məcbur edir".
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, general-mayor Sergey Şoyqu Rusiya və Belarus hərbi qurumlarının birgə konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, NATO və ABŞ-ın Qərbdəki tərəfdaşları yeni baza açaraq hərbi gücünü fəal surətdə artırırlar: "Onlar öz iradələrini digər ölkələrə yeritmək üçün iqtisadi, siyasi və hərbi gücdən istifadə edirlər. Açıq informasiya müharibəsi gedir. Bu isə Rusiyanı strateji stabilliyi saxlamaq naminı cavab tədbirləri görməyə vadar edir. Belarus ilə qarşılıqlı əməkdaşlıq bizə bu kimi problemlərin həllinə yardım edir".
Samir