İngiltərədə edam cəzası bərpa oluna bilər.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Birləşmiş Krallığın Azadlıq partiyasının lideri Paul Nuttall məlumat verib.
Onun sözlərinə görə, partiya bununla bağlı parlamentə layihə təqdim edəcək və referendumun keçirilməsini istəyəcək: "Uşaq qatıllərinə edam cəzası tətbiq olunmalıdır. İngilis xalqı belə düşünür".
Qeyd edək ki, İngiltərədə sonuncu dəfə edam cəzası 1964-cü ildə həyata keçirilib. Ümumilikdə isə, edam cəzası 1998-ci ildə ləğv edilib.
Samir