3 Noyabr 2016 16:15
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsinin 25 il əvvəl nüvə silahından imtinasına münasibət bildirib.

Teleqraf.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, yapon televiziyasına müsahibəsində Nursultan Nazarbayev bu addımın bütün bəşəriyyət naminə atıldığını deyib.

SSRİ-dən Qazaxıstana 1948-ci ildə xüsusi olaraq ilk sovet atom bombasının sınağı üçün inşa olunmuş Semipalatinski nüvə poliqonu miras qalmışdı. Bu, planetdə ikinci böyük nüvə poliqonu hesab olunurdu. 1948-ci ildən 1989-cu ilədək orada 468 nüvə sınağı keçirilmişdi.

Nursultan Nazarbayevin 29 avqust 1991-ci il tarixli sərəncamı ilə poliqon rəsmən qapadıldı.

Prezident deyib: "Hesab edirəm ki, nüvə silahı poliqonunu bağlamaqla Qazaxıstan bütün bəşəriyyətin rahat nəfəs almasına yardım etdi. Təsəvvür edin, belə bir ölkədə bu boyda silah var... Həmin silah istənilən adamın əlinə düşə bilər. Bu gün prezident mənəm, sabah başqası olacaq. Fərqli birisi gələr və mənim ölkəmdə nələr baş verərdi?"

Nazarbayevin sözlərinə görə, nüvə silahından imtina edən Qazaxıstan öz ordusunu hərbi texnika ilə təchiz etmək və ölkəsinə investisiya cəlb eləmək imkanı qazanıb:

"Biz ölçülüb-biçilmiş qərar verdik: raketləri ləğv elədik, uzaqmənzilli bombardmançı təyyarələri hərbi təyyarələrə dəyişdik, nüvə raket başlıqlarını satıb ölkəyə investisiya cəlb elədik".

MAHİR


Müəllif:

Oxşar xəbərlər