4 Noyabr 2016 14:08
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Diyarbəkir şəhərində baş verən partlayış zamanı ölənlərin sayı 8-ə çatıb.

Teleqraf.com-un xəbərinə görə, bununla bağlı Türkiyənin Baş naziri Binalı Yıldırım məlumat verib. Onun sözlərinə görə, ölənlərdən 2-si polis, 6-sı mülki vətəndaşdır: "Hadisə zamanı 100-dən çox insan yaralanıb. Türkiyə bu hücumu qətiyyətlə pisləyir və terrorla mübarizəsini davam etdirəcək".

Saat 12:53

Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonundakı partlayışa görə məsuliyyəti PKK terror təşkilatı öz üzərinə götürüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Diyarbəkir valiliyi məlumat yayıb.

Qeyd edək ki, terror hadisəsi zamanı 1 nəfər həlak olub, 30 nəfər yaralanıb.

Saat 10:14

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Diyarbəkirdə güclü partlayış baş verib.

Son xəbərlərə görə, hadisə zamanı 1 nəfər həlak olub, 30 nəfər yaralanıb. Partlayışın bomba yüklü avtomobil vasitəsilə törədildiyi iddia edilir. Hadisə yerinə çox sayda təcili yardım və polis briqadası cəlb edilib.

Qeyd edək ki, gecə saatlarında Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Diyarbəkirdəki evdində saxlanılıb. Saxlanılma zamanı o, polislərə bir neçə saat müqavimət göstərib. Bundan sonra partiyanın Diyarbəkirdəki ofisinə polis basqın edib və bu partiya üzvlərinin etirazı ilə nəticələnib. İlkin ehtimallara görə, partlayış PKK terrorçularının Dəmirtaşın həbsinə ilk reaksiyasıdır.

Saat 09:41

Bu gün səhər saatlarında Türkiyənin Diyarbəkir şəhərinin polis idarəsinin Bağlar rayonundakı şöbəsinin qarşısında partlayış baş verib.

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, partlayışdan sonra bölgədə silah səsləri eşidilib. İlkin ehtimallara görə, hadisə zamanı 6 nəfər yaralanıb.

Ancaq "A Haber" agentliyinin müxbiri Mehmet Zeyrek bildirib ki, olay zamanı çox sayda dinc sakin yaralanıb.

Samir


Müəllif: