7 Noyabr 2016 20:52
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusu Mosulun 25 kilometrliyində yerləşən Hammam əl-Akuk şəhərini İŞİD terrorçularından tamamilə azad edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İraq ordusunun mətbuat xidməti məlumat yayıb. Mətbuat xidməti kəşfiyyat mənbələrinin İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin Mosuldan qaçdığı barədə məlumatı təsdiq edib.

Bundan başqa, yayılan məlumatlara görə, Mosul əməliyyatlarının başlanmasından, yəni oktyabrın 17-dən bəri döyüşlər zamanı 2 min terrorçu öldürülüb.

Samir


Müəllif: