Ukrayna Nazirlər Kabinetinin bu gün keçirilən iclasında Odessa vilayətinin qubarnatoru Mixail Saakaşvilinin istefası qəbul olunub.
Teleqraf.com-un "Ukrainskaya pravda"ya istinadən xəbərinə görə, iclasda müzakirə olunan sonuncu mövzu "kadr məsələləri" olub. Bu zaman Saakaşvilinin istefası qəbul olunub.
Qeyd edək ki, Saakaşvili noyabrın 7-də Odessa vilayətinin qubarnatoru postundan istefa verdiyini bəyan etmişdi.
Nihad