10 Noyabr 2016 09:30
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçılar partiyasından olan Donald Trampın prezident seçilməsi ABŞ-ın bir çox ştatlarında etirazlarla qarşılanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ilk etiraz aksiyaları Trampın doğulduğu Nyu York şəhərindən başlayıb. Union meydanına toplanan yüzlərlə etirazçı Mərkəzi parka doğru yürüş təşkil edib. Aralarında lideralların və müsəlmanların çoxluq təşkil etdiyi aksiyalar zamanı "Trampı dayandırın", "Trampa, irqçiliyə və müharibəyə yox deyək!" şüarlarını səsləndiriblər.

Növbəti aksiya Çikaqo şəhərində keçirilib. Aksiya iştirakçıları "Tramp qüllələri" önündə toplaşıblar. Demokratların güclü olduğu Kaliforniya ştatının bir neçə bölgəsində də nümayişlər təşkil olunub. Onlar Trampı prezident kimi görmədiklərini bildiriblər.

Aksiyalar insidentsiz ötüşməyib. Vaşinqton ştatının Sietl şəhərində etiraz keçirilən aksiyaları aksiyaları zamanı naməlum şəxslər nümayişçilərə atəş açıb. Hadisələr zamanı 5 nəfərin xəsarət aldığı bildirilib.

Hadisə yerinə çox sayda təhlükəsizlik əməkdaşı cəlb edilib. İnsidentin səbəbləri məlum deyil.

Samir


Müəllif: