10 Noyabr 2016 12:39
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın prezident seçilməsi Demokratların tərəfdarlarını qəzəbləndirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, etirazçılar arasında məşhur müğənnilər Şer və Maddona, eləcə də aktyor Mark Ruffalo da olub.

Nyu York şəhərində "Tramp qüllələri"nin önündə keçirilən aksiyaya polis müdaxilə edib. 30 nəfərin saxlanıldığı bildirilib. Məlumatlara görə, onlara qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, gecə saatlarında Vaşinqton ştatının Sietl şəhərində etiraz keçirilən aksiyaları aksiyaları zamanı naməlum şəxslər nümayişçilərə atəş açıb. Hadisələr zamanı 5 nəfərin xəsarət aldığı bildirilib.

Samir


Müəllif: