“Yevgeni Yelin iqtisadi inkişaf nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı təyin olunub”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya hökumətinin başçısı Dmitri Medvedevin mətbuat katibi Natalya Timakova bildirib. “Hökumət rəhbəri Yelini nazir səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edib”, - Timakova bildirib.
Y.Yelin 2013-cü ilin avqustundan iqtisadi inkişaf nazirinin müavini idi. Az öncə hökumətin mətbuat katibliyi nazir səlahiyyətlərinin müvəqqəti icraçısının kim olacağı məsələsinin həll edilmədiyini açıqlamışdı. Rusiya KİV-ləri bu səhər xəbər yaymışdılar ki, nazirin səlahiyyətləri onun müavini Aleksey Vedevə ötürüləcək. Göründüyü kimi, KİV-in bu proqnozu özünü doğrultmayıb.
Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev noyabrın 15-də gecə həbs olunub.
Səxavət