Ukrayna prezidenti Pyotr Poroşenko ilə amerikalı həmkarı Donald Tramp arasındakı telefon danışığı zamanı ikitərəfli görüşün vacibliyi önə sürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə çərşənbə axşamı Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.
Poroşenko Trampı Ukraynaya dəvət edərək Rusiyanın radikal siyasətinə qarşı ABŞ-ın birmənalı mövqe ortaya qoymasını istəyib.