18 Noyabr 2016 09:12
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşüb.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bu, Trampın prezident seçkilərindən sonra xarici ölkə lideri ilə keçirdiyi ilk görüşü olub.

Nyu Yorkda baş tutan görüş zamanı liderlərin hansı məsələləri müzakirə etdiyi açıqlanmayıb. Abe bunu görüşün qeyri-rəsmi olması ilə izah edib. Yaponiyanın baş naziri əlavə edib ki, onlar uyğun zamanda rəsmi görüş keçirməklə bağlı razılığa gəliblər: "Tramp çox etibarlı liderdir. Görüş zamanı buna bir daha əmin oldum".

Samir


Müəllif:

Oxşar xəbərlər