19 Noyabr 2016 15:28
1 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Petro Poroşenko Maydan hərəkatı zamanı baş verən iğtişaşlar və qanunsuzluqlarla bağlı istintaq tərəfindən dindirilib.

Bu barədə APA "Qromadske" telekanalına istinadla xəbər yayıb.

Ukrayna Baş Prokurorluğundan "Qromadske" telekanalına bildirilib ki, prezidentin noyabrın 29-da Baş Prokurorluqda şahid qismində dindirilməsi nəzərdə tutulsa da, proses noyabrın 18-nə keçirilib.

Prezident Administrasiyasında aparılan dindirmə 6 saat çəkib.

Araşdırma çərçivəsində keçmiş baş nazir, Arseniy Yatsenyuk, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov, Kiyevin meri Vitali Kliçko, Ali Radanın spikeri Andrey Parubiy və daxili işlər naziri Arsen Avakov da istintaqa çağırılıb.

***

Ukrayna baş prokurorluğu dövlət başçısının dindirilməsi üçün Prezident Administrasiyasına müraciət edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Petro Poroşenko noyabrın 29-da "Maydan" işi üzrə aparılan istinatq çərçivəsində dindiriləcək.

Prokurorluq bildirib ki, Poroşenko bir ildən artıqdır ifadə verməkdən imtina edir.

Qeyd edək ki, 2014-ci ilin yanvar-fevral aylarında Maydan hərəkatının fəallarına qarşı cinayətlə bağlı istintaq prosesi davam edir.

Samir


Müəllif:

Oxşar xəbərlər