19 Noyabr 2016 21:51
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penatqon Əfqanıstan üçün Rusiya istehsalı olan Mi-17 vertolyotlarının alınmasından rəsmi şəkildə imtina edib.

Teleqraf.com xəbər verir ki, bunu rus vertolyotlarının alınması əleyhinə Konqresdə yaradılmış təşəbbüs qrupu bəyan edib. Qrup Pentaqonun bundan sonra Əfqanıstan üçün yalnız Amerikan firması “Sikorsky”nin istehsal etdiyi “UH-60A Black Hawk” vertolyotları alacağını bəyan edib. Artıq 53 ədəd vertolyotun alınması üçün kompaniyaya sifariş verilib.

Qeyd edək ki, ABŞ Əfqanıstan ordusunun modernləşdirilməsini həyata keçirir. Bu çərçivədə ölkənin hərbi qüvvələrini də zəruri silah-sursatla və digər vasitələrlə təchiz edir. Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalara baxmayaraq ötən il də Mi-17 vertolyotlarının alışı həyata keçirilib. Pentaqon bu vertolyotların Əfqanıstan Hərbi-Hava Qüvvələri üçün çox münasib olduğunu dəfələrlə bəyan edib. Ancaq Konqresdə buna qarşı yaradılmış təşəbbüs qrupu ABŞ Müdafiə Nazirliyini geri addım atmağa vadar edib.

Rusiya KİV-ləri məsələ ilə bağlı Pentaqona müraciət etsələr də, onların sorğusuna cavab verilməyib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər