Beynəlxalq anti-terror koalisiyasının aviasiyası İraqın Ənbar əyalətində İŞİD terror qruplaşmasının 20-dən çox yaraqlısını məhv edib.
“Report” xəbər verir ki, bu barədə general Qasim əl-Məhəmmədiyə istinadən “Əl Sumaria” telekanalı məlumat yayıb.
"23 İŞİD yaraqlısı terrorçuların iki qərargahına endirilən hava zərbələri nəticəsində zərərsizləşdirilib", - deyə telekanal Əl-Məhəmmədinin sözlərini sitat gətirib.