20 Noyabr 2016 16:37
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar günü Hələb Universiteti şəhərin şərq məhəllələrini nəzarət altında saxlayan yaraqlılar tərəfindən atəşə tutulub.

“Report” xəbər verir ki, Suriya mətbuatının məlumatına görə, terrorçular “Qrad” reaktiv yaylım atəşi sistemindən atəş açıblar.

Raket zərbələri nəticəsində ölən və yaralananlar var.

Üç mərmi təhsil müəssisəsinin həyətinə, biri isə binasına düşüb. Ölən və yaralananların dəqiq sayı məlum deyil.


Müəllif:

Oxşar xəbərlər