İsrail ordusu Suriyada BMT-yə məxsus binanı bombardman edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İsrail Silahlı Qüvvələrinin nümayəndəsi məlumat verib.
Məlumatda bildirilib ki, Holan təpələrində yerləşən bu bina bir müddət öncə İŞİD terrorçuları tərəfindən ələ keçirilib.
Bu arada, İŞİD terrorçuları hücuma qarşılıq veriblər. Terrorçular Yermuk alayına hücum ediblər. Məlumatlara görə, silahlılar hərbi avtomobillə alaya daxil olub, ətrafa atəş açıblar. İsrail ordusu avtomobili partladıb.
Hər iki hadisə zamanı çox sayda terrorçu öldürülüb.
Samir