ABŞ prezidenti Barak Obama İstanbulda baş verən terror aktından sonra Türkiyəyə lazımi kömək göstərilməsi barədə göstəriş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ evin nümayəndəsi Erik Şults bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti İstanbuldakı terror hadisəsi barədə məlumatlandırılıb. "Prezident heç bir günahı olmayan insanların həlak olması ilə bağlı Türkiyə prezidentinə başsağlığı verib", - deyə Şults bildirib.
Qeyd edək ki, İstanbulda gecə klubuna silahlı basqın zamanı 35 nəfər ölüb, 40 nəfər isə yaralanıb.