Səudiyyə Ərəbistanı Həcc kvotasını artırır.
Teleqraf.com xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və ümrə naziri Muhamməd bin Salih bin Tahir Bəntən Ciddədə İslam ölkələrinin rəsmiləri ilə görüşündə bu barədə razılıq əldə edib.
Kvotanın yüksəldilməsinə səbəb Məkkənin müqəddəs məkanlarında genişləndirmə işlərinin yekunlaşmaq üzrə olması və bəzi yerlərdə işlərin tam başa çatmasıdır.