7 Yanvar 2017 13:58
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bəyan edib ki, Demokrat Partiyasının Milli Komitəsi sənədlərin təhlükəsizliyi məsələsinə diqqətsiz yanaşdığı üçün hakerlər onlara məxsus informasiyaları sistemdən oğurlamağa müvəffəq olublar.

Teleqraf.com xəbər verir ki, Tramp bunu “Tvitter”dəki hesabında qeyd edib:

“Demokrat Partiyasının Milli Komitəsinin görünməmiş diqqətsizliyi haker hücumlarının həyata keçirilməsinə imkan verib. Respublikaçılar Partiyasının Milli Komitəsində müdafiə güclü idi”.

Qeyd edək ki, Donald Tramp bir müddət öncə kiberhücumların seçkinin nəticələrinə təsir göstərmədiyini açıqlamışdı.

Səxavət


Müəllif:

Oxşar xəbərlər