Suriyanın şimalında yerləşən Azaz şəhərində partlayış olub.
Teleqraf.com xəbər verir ki, partlayış nəticəsində 60 nəfər ölüb, 50-dən çox adam yaralanıb.
Azaz şəhəri Türkiyə ilə sərhəddə yerləşir. Məlumatda qeyd olunur ki, şəhərdə minalanmış avtomobil partlayıb.