7 Yanvar 2017 21:25
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ kəşfiyyatı Rusiya prezidenti Vladimir Putin Donald Trampın prezident seçkisində qalib gəlməsi üçün kömək etdiyini təsdiqləyib.

Teleqraf.com BBC-yə istinadla xəbər verir ki, hesabatda Rusiya liderinin seçkini təsirləndirmək məqsədilə aparılan kampaniyaya "əmr" verdiyi qeyd olunur.

Moskva hələlik iddialara reaksiya verməyib, lakin Rusiya əvvəllər deyilənləri rədd edib.

Tramp kəşfiyyatın hesabatı ilə tanış edildikdən sonra, Rusiyanı müdaxiləyə görə tənqid etməyib, lakin bildirib ki, müdaxilə seçkinin nəticəsinə təsir etməyib.

Bunun ardınca cənab Tramp Demokratlar Partiyası Milli Komitəsini haker müdaxiləsinə "imkan verdiyinə" görə səhlənkaralıqda günahlandırıb.

Bu hesabatın ardınca ABŞ-ın Daxili Təhlükəszilik Nazirliyi bidlirib ki, bundan sonra seçki maşınları və başqa seçki məlumat bankları "mühüm infrastruktur" kimi təsnif ediləcək və bu avadanlıq kiberhücumlardan daha etibarlı qorunacaq.

25 səhifəlik hesabatda deyilir ki, Kreml "aşkar şəkildə" Trampın qələbəsini istəyib.

Sənəddə bildirlir ki, Rusiyanın məqsədləri ABŞ-ın demokratik prosesinə "ictimai inamı sarsıtmaq" və Trampın demokrat rəqibi Hillari Klintonu "qaralayaraq" onun seçilməsinə və potensial prezidentliyinə ziyan vurmaq olub.

"Bizim təhlilimizə görə Rusiya prezidenti Vladimri Putin 2016-cı ildə ABŞ prezident seçkisini təsirləndirmək məqsədilə kampaniyanın aparılmasını əmr edib" - deyilir hesabatda.

Sənədin məxfiliyi açılmış versiyasında cənab Putinin iddia edilən rolu barədə təfərrüatlı dəlillər yoxdur, lakin bildirilir ki, Rusiyanın hərəkətləri aşağıdakılardan ibarət olub:

Milli Demokratik Komitənin və vəzifəli demokratların email hesablarına haker müdaxiləsi;

WikiLeaks, DCLeaks.com və Guccifer 2.0 persona kimi araçılardan hakerlərdən əldə olunmuş informasiyanın açıqlanması üçün istifadə edilməsi;

Dövlət tərəfindən maliyyələşdirilən təbliğatdan istifadə və sosial media istifadəçilərinə və "trollara" xoşagəlməz kommentlərə görə pul ödənməsi

Rusiyanın Sankt-Peterbuq şəhərində Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın gələcək prezidenti Donald Tramp-n maskaları satılır.

Hesabata görə, Putin Trumpı ona görə xoşlayıb ki, o Rusiya və Rusiya lideri ilə işləyəcəyini vəd edib.

Bu da qeyd olunur ki, Vladimir Putin İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni və Almaniyanın keçmiş kansleri Gerhard Schroeder kimi Rusiyada biznes maraqları olan Qərb siyasi liderləri ilə "müsbət iş təcrübəsinə" malikdir.

Bunun tam əksi olaraq cənab Putin xanım Klintonu 2011 və 2012-ci ildə Rusiyada baş vermis antihökumət etirazlarını qızışdırmaqda ittiham edirdi, hesabatda deyilir.

Bu da qeyd olunur ki, haker müdaxiləsində iştirak etmiş Rusiya agentlərinin adları ABŞ hakimiyyət orqanlarına məlumdur, lakin açıqlanmır.

Məxfiliyi açılmış hesabat prezident Barak Obamaya təqdim edilmiş daha geniş və tamamilə məxfi hesabatın qısa versiyasıdır.


Müəllif:

Oxşar xəbərlər