ABŞ hərbçilərinin PKK terror təşkilatına aid Afrin düşərgəsində yaraqlılara təlim keçdiyinə dair iddialar var.
Teleqraf.com “Sözçü”yə istinadən xəbər verir ki, qəzetinin yazarı Saygı Öztürk sonuncu köşəsində ilginc iddia ilə çıxış edib.
“Hatay və Kilisin sərhəd qonşusu olan Suriyanın Afrin bölgəsində separatçı təşkilat PKK adına "terror akademiyası yarandığı, bir çox ölkədən gələn terrorçulara bu düşərgədə təlim keçildiyi təhlükəsizlik gücləri tərəfindən təsdiq olunub. ABŞ hərbçilərinin də terrorçulara təlimlər keçdiyi danılmaz faktdır. Təşkilatın İraq sərhədlərindəki Qandildə yerləşən yüksək səviyyəli rəhbərlərinin hər birinin müxtəlif bölgələrə göndərildikləri aşkar edilib", deyə Saygı Öztürk bildirib.
Qeyd edək ki, baş nazir Binalı Yıldırım PKK-nın istifadə etdiyi silahların modern olduğunu bildirmişdi. Silahların PKK-ya ABŞ hərbçiləri tərəfindən verildiyi iddia olunur.